Modern.az

Peşə məktəblərində boş yerlərinə sənəd qəbulu başlayıb

Peşə məktəblərində boş yerlərinə sənəd qəbulu başlayıb

Aktual

28 Avqust 2019, 09:30

Peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayıb.

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçiriləcək.

İkinci turla bağlı sənəd qəbulunun “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

 Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı