Modern.az

Binəqədidə narkotacirlər saxlandı

Binəqədidə narkotacirlər saxlandı

Aktual

28 Avqust 2019, 14:02

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. 

 

Modern.az xəbər verir ki, Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Yasamal rayon sakini Azər Misdimov, Binəqədi rayon sakinləri  Alxan Quliyev və Əlibaba Baxışov, həmçinin Xızı rayon sakini əvvəllər məhkum olunmuş Yavər Qasımov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə yüksək təsredici xassəyə malik narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

 

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərin ifşa olunması istəqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı