Modern.az

Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalından ƏDV tutulmayacaq

Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalından ƏDV tutulmayacaq

Aktual

28 Avqust 2019, 18:27

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

Modern.az xəbər verir ki, Sənədə əsasən Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilir.

Bu dəyişikliklə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...