Modern.az

Lənkəranda sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

Lənkəranda sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

Aktual

28 Avqust 2019, 21:15

Lənkəran rayonunda yol qəzası baş verib. 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Bəleton kəndində qeydə alınıb. 

Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir. Hadisə zamanı avtobus yoldan çıxaraq yüksəklikdən aşağı aşıb. 

 

Nəticədə sürücü hadisə yerində ölüb. İlkin məlumata görə 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilir. 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı