Səhiyyə Nazirliyi Tovuzda baş vermiş qəza barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, Tovuzda baş verən yol nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan 21 yaşlı oğlanın vəziyyəti ağır kritikdir. Ona döş qəfəsinin əzilməsi, sol aşağı və yuxarı ətrafların sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.
Digər 2 nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Xatırladaq ki, avqustun 28-də Tovuzda "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillər toqquşub. hadisə nəticəsində bunlar 1974-cü il təvəllüdlü Natiq Həsənov, 1993-cü il təvəllüdlü Fərid Rzayev və 1998-ci il təvəllüdlü Ruslan Əsgərov xəsarət alıblar.