Modern.az

FHN daha iki bölgədəki meşə yanğınını söndürdü

FHN daha iki bölgədəki meşə yanğınını söndürdü

Aktual

28 Avqust 2019, 23:42

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bu gün daha daha iki bölgədəki meşə yanğınlarını söndürüb.

Nazirlikdən Modern.az-a bildirilib ki, avqustun 25-də Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında və avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğınlar bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Aviasiya dəstəsi, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!