Səhiyyə Nazirliyi ötən gün Lənkəranda baş verən yol nəqliyyat hadisəsi barədə yeni məlumat açıqlayıb
Nazirlikdən Modern.az-a bildirilib ki, sərnişin avtobusunun aşması nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılıb.
“Xəstəxanadan bildirilib ki, 10 nəfər xəstəxanada qalacaq digərləri ambulator müalicəyə buraxılır. Qalan 10 nəfərdən 2-si reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik kimi qiymətləndirilir. Baş həkimin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur”, - Nazirlik bildirib.