Modern.az

Səhiyyə Nazirliyi: Lənkərandakı qəzada yaralananların 5-i hələ xəstəxanadadır

Səhiyyə Nazirliyi: Lənkərandakı qəzada yaralananların 5-i hələ xəstəxanadadır

Aktual

29 Avqust 2019, 16:17

Lənkəranda PAZ markalı avtobusun aşması nəticəsində xəsarət alanların 5-i hazırda müalicəsini xəstəxanada davam etdirir.

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Məlumata görə, xəstəxanada müalicəsini davam etdirən 5 nəfərin biri reanimasiya şöbəsində yerləşdirilib. Digər 4 nəfər isə travmatologiya şöbəsində palataya yerləşdiriliblər.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı