Modern.az

Goranboyda Dini İşlər üzrə rayon Komissiyasının iclası keçirildi

Goranboyda Dini İşlər üzrə rayon Komissiyasının iclası keçirildi

Aktual

29 Avqust 2019, 17:04

 

29 avqust 2019-cu il tarixdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Dini İşlər üzrə rayon Komissiyasının iclası keçirildi. 

 

Modern.az xəbər verir ki, iclasda rayon icra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy – Naftalan üzrə səlahiyyətli nümayəndəsi, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə və təşkilat rəhbərləri, dini icma sədrləri və rayon ziyalıları, ağsaqqalları iştirak edib. 

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi uğurlu dövlət-din siyasətinin və formalaşdırılmış tolerant cəmiyyətin qorunması istiqamətində aparılan işlərin rayonda da təbliğ edilməsi çərçivəsində geniş söhbətlər aparıldı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı