“Qarabağ” “Linfild” oyunu yekunlaşdı.
Modern.az xəbər verir ki, oyunun sonuncu dəqiqələrində rəqib vurulan qollardan birinin əvəzini çıxıb.
Amma bu hesab Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsinin qarşısını ala bilməyib.
Ötən həftə səfərdə 2:3 hesabı ilə uduzan Ağdam təmsilçisi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada məğlubiyyətin əvəzini çıxa bilib.
“Qarabağ”ın doğma meydan 2:1 hesablı qələbəsi Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqəsini təmin edib.
***
“Qarabağ” “Linfild” oyununda daha bir qol vurulub. Oyunun 88-ci dəqiqəsində Abdullah Zubir 2-ci qolu “Linfild”in qapısından keçirib. Bu hesab "Qarabağ"a Avropa Liqasının qrup mərhələsində oynamaq imkanı verir.
***
“Qarabağ” “Linfild” oyununda hesab açılıb. Oyunun 6-cı dəqiqəsində "Qarabağ"ın oyunçusu Xayme Romero topu rəqibin qapısından keçirib: 1:0
***
Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir. Modern.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edir.
Baş hakim: Sergey İvanov (Rusiya).
“Qarabağ”: 1. Vaqner Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev, 8. Miçel Madeyra, 9. Xayme Romero, 11. Mahir Emreli 14. Rəşad Sadıqov (k) 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye
“Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Stefan Fallon, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment
İlk oyun: 2:3