Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsi barədə yeni məlumat yayıb.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam edir. Yaralıların vəziyyəti orta-ağır stabil qiymətləndirilir.
“Vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən 42 yaşlı qadın isə sanaviasiya ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Xəstə dərhal əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır”
Rəsmi məlumata görə, avqustun 28-də Lənkəran rayonu Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobus aşıb.
Sürücü Ələmdar Ağayev hadisə zamanı dünyasını dəyişib, 22 nəfər sərnişin isə yaralanıb.