Modern.az

Müəllimlərin əlavə yerləşdirməsi üzrə vakansiya seçimi başa çatıb

Müəllimlərin əlavə yerləşdirməsi üzrə vakansiya seçimi başa çatıb

Aktual

30 Avqust 2019, 10:56

Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb. 5190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib. 

Təhsil Nazirliyindən Modern.az-a bildirlib ki, ərizəsini təsdiq etmiş şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər. 
Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı