Modern.az

Sabah temperatur 15 dərəcəyə düşəcək - HAVA PROQNOZU

Sabah temperatur 15 dərəcəyə düşəcək - HAVA PROQNOZU

Aktual

30 Avqust 2019, 12:56

31 avqustda gözlənilən hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 31-də arabir yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 761 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

 

Mülayim şimal-şərq küləyi əsəcək. 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şimal və şərq rayonlarında yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağış tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı