Modern.az

Paşinyan Xankəndinə, qondarma “müstəqillik” gününə gəlmir

Paşinyan Xankəndinə, qondarma “müstəqillik” gününə gəlmir

Aktual

30 Avqust 2019, 13:57

Ermənistan mətbuatına baş nazir Nikol Paşinyanın “mətbəxindən” yeni xəbərlər sızdırılıb.

Virtualaz.org xəbər verir ki, Yerevanda Ermənistanın xaricdəki səfirlərinin ənənəvi toplantısında iştirak edən diplomatlar sentyabrın 2-də qondarma “dqr”in “müstəqillik bayramını” qeyd etmək üçün Xankəndinə gələcəklər. Amma Paşinyan həmin “bayramda” olmayacaq.

 

“Meydan” (“Qraparak” ) qəzeti yazır ki, hər il sentyabrın 2-də Ermənistan rəhbərliyi əsasən tam heyətlə Xankəndinə yollanıdı. “Amma bizə deyiblər ki, bu il Nikol Paşinyan Stepanakertə (Xankəndi) getməyəcək. Onun əvəzində bir neçə gün əvvəl keçmiş baş nazir Ovik Abramyan orada olub”,-qəzet yazır.

O da bildirilir ki, Qarabağda Paşinyanın Ermənistan büdcəsindən qondarma rejimin keçirəcəyi  yerli seçkilərin monitorinqi üçün “Transparensy İnternational” təşkilatına 80 min dollara yaxın qrant ayırmasından bərk narazı qalıblar. Bu Ermənistanın “Dağlıq Qarabağın daxili işlərinə müdaxiləsi” kimi qiymətləndirilib.

 

Qəzetin digər məlumatına görə səfirlərin toplantısının mətbuata bağlı hissəsində Paşinyan diplomatları bərk danlayıb. Deyib ki, onlar Ermənistan iqtisadiyyatına pul cəlb etmək üçün heç nə etmirlər, iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmirlər. Və Paşinyan səfirlərə əbəs yerə bu qədər pul xərclənməsini başa düşmədiyini deyib.

Mənbə deyib ki, Paşinyanın əsas hədəfi ABŞ-dakı səfir Varujan Nersisyan idi. Onun danlanmasının səbəbi təkcə Ermənistana pul cəlb edə bilməməsi deyil, o cümlədən baş nazirin ABŞ yüksək rəhbərliyi, prezidenti və baş naziri ilə görüşünü indiyədək təşkil etməməsi olub.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı