Modern.az

Allahşükür Paşazadə Məkkədə - FOTOLAR

Allahşükür Paşazadə Məkkədə - FOTOLAR

Aktual

30 Avqust 2019, 15:45

Şeyxülislam Allahşükür Paşazadə 29 avqust 2019-cu il tarixində rəsmi görüşlərilə yanaşı, bir sıra əhəmiyyətli yerləri də ziyarət edib.

 

Modern.az xəbər verir ki, Məkkə şəhərində ziyarət olunan muzeydə müsəlman dünyası üçün müqəddəs sayılan tarixi əşyalar qorunmaqdadır. 


Daha sonra Şeyxülislam həzrətləri Məkkənin məhşur astrofizika rəsədxanasında Ayı, ulduzları, planetləri öyrənən son model cihazlarla və astrofizik muzeylə də tanış olub.


Səudiyyə Ərəbistanının dövlət xəbər agentlikləri Şeyxülislam Allahşükür Paşazadənin səfərini mətbuat səhifələrində işıqlandıraraq, bu cür əhəmiyyətli görüşün iki ölkəyə və müsəlman dünyasına böyük töhfələr verdiklərini qeyd ediblər.


Ziyarət zamanı Kral sarayının müşaviri Səudiyyə Ərəbistanının böyük alimlər Şurasının üzvü Şeyx Səd Nasir əş-Şisri Şeyxülislam həzrətlərini müşayət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı