Modern.az

AvroLiqada qrup mərhələsinin püşkü atıldı - Bütün QRUPLAR

AvroLiqada qrup mərhələsinin püşkü atıldı - Bütün QRUPLAR

Aktual

30 Avqust 2019, 16:05

Avqustun 30-da Monakoda futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Modern.az saytı xəbər verir ki, 48 klub hər birində dörd komanda olmaqla 12 qrupa bölünüb.

Qqrup mərhələsi altı turdan ibarət olacaq. Həmin oyunlar sentyabrın 19-da, oktyabrın 3-də, 24-də, noyabrın 7-də, 28-də və dekabrın 12-də keçiriləcək.

Turnirin həlledici görüşü Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq. 


A qrupu:

“Sevilya” (İspaniya),
APOEL (Kipr),
“QARABAĞ” (Azərbaycan),
“Düdelandj” (Lüksemburq).

B qrupu:

“Dinamo” (Kiyev, Ukrayna),
“Kopenhagen” (Danimarka),
Malmö (İsveç),
“Luqano” (İsveçrə).

C qrupu:

“Bazel” (İsveçrə),
“Krasnodar” (Rusiya),
“Trabzonspor” (Türkiyə),
“Xetafe” (İspaniya).

D qrupu:

“Sportinq” (Portuqaliya),
PSV (Hollandiya),
“Rosenborq” (Norveç),
LASK (Avstriya).

E qrupu:

“Latsio” (İtaliya),
“Seltik” (Şotlandiya),
“Renn” (Fransa),
“CFR Cluj” (Rumıniya).

F qrupu:

“Arsenal” (İngiltərə),
“Ayntraxt” (Frankfurt, Almaniya),
“Standard” (Belçika),
“Vitoria” (Portuqaliya).

G qrupu:

“Porto” (Portuqaliya),
“Yanq Boyz” (İsveçrə),
“Feyenord” (Hollandiya),
“Qlazqo Rencers” (Şotlandiya).

H qrupu:

MOİK (Moskva, Rusiya),
“Ludogorets”(Bolqarıstan),
"Espanyol” (İspaniya),
“Ferencvaroş” (Macarıstan).

İ qrupu:

“Volsburq” (Almaniya),
“Gent” (Belçika),
“Sent-Etyen” (Fransa),
“Aleksandriya” (Ukrayna).

J qrupu:

“Roma” (İtaliya),
“Borussiya M” (Almaniya),
“İstanbul Başakşehir” (Türkiyə),
“Volfsberger” (Avstriya).

K qrupu:

“Beşiktaş” (Türkiyə),
“Braqa” (Portuqaliya),
“Volverhemton” (İngiltərə),
“Slovan" (Slovakiya).

L qrupu:

“Mançester Yunayted” (İngiltərə),
“Astana” (Qazaxıstan),
“Partizan” (Serbiya),
“AZ Alkmar” (Hollandiya).

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı