Modern.az

Gəncə işində tutulan daha bir nəfər azadlığa çıxdı

“Gəncə işi”ndə tutulan daha bir nəfər azadlığa çıxdı

Aktual

30 Avqust 2019, 17:45

Gəncə hadisələrinə görə həbs olunmuş daha bir nəfər - Nemət Heydərli məhkəmə zalından azadlığa buraxılıb. Onunla birlikdə mühakimə olunan 5 nəfərə - Elman Rüstəmov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Vüqar Xudiyev və Renat Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsinin kəsdiyi cəza isə azaldılıb.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu qərar avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində elan edilib.

Adları çəkilən şəxslərə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 ildən 8 ilə qədər həbs cəzası verilmişdi. Onlar CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə ittiham olunurlar. Gəncədə ötən il icra başçısının güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində, orada polislərə xəsarət yetirməkdə suçlanırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı