Modern.az

“Vizanın ləğvi iş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək” – Səfir

“Vizanın ləğvi iş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək” – Səfir

Aktual

30 Avqust 2019, 20:17

"Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi qardaşlıq münasibətlərinin təzahürüdür. Viza rejiminin ləğvi əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcək".

Modern.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib.


Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvindən sonra iki ölkə arasında gediş-gəlişlər asanlaşacaq:  "Doğrudur, indiyədək vizanın verilməsi asan idi. Amma viza rejiminin ləğvi həm də psixoloji və simvolik bir məna daşıyır. Bu qərar həm də turizmin inkişafına təkan verəcək. İş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək".


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı