Modern.az

Biləsuvarda ağır qəza: 3 ölü, 4 yaralı

Biləsuvarda ağır qəza: 3 ölü, 4 yaralı

Aktual

30 Avqust 2019, 21:59

Bu saatlarda Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.

Modern.az  Virtualaz.org-a istinadən xəbər verir ki, 1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan 4 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda qəzada ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerində tıxac yarandığından DYP əməkdaşları yolun açılması üçün tədbirlər görürlər.

Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı