Modern.az

ABŞ-da qasırğa səbəbindən fövqəladə vəziyyət elan edildi

ABŞ-da qasırğa səbəbindən fövqəladə vəziyyət elan edildi

Aktual

30 Avqust 2019, 23:29

ABŞ prezidenti Donald Tramp "Dorian" qasırğasının yaxınlaşdığı Florida ştatı ərazisində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb.

Modern.az  xəbər verir ki, bu barədə  Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sənəddə bölgə və məhəlli hakimiyyət qurumlarının vəsaitinə əlavə olaraq fövqəladə halların qarşısını almaq üçün federal yardım ayırmaq nəzərdə tutulur.

Milli Qasırğaları Müşahidə Mərkəzinə görə “Dorian” qasırğası bu həftənin sonu - gələn həftənin əvvəlində Florida sahillərinə çatmalıdır. Həmin vaxt qasırğanın güclənərək Saffir - Simpson cədvəlinə görə beş dərəcədən dördüncü səviyyəyə çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı