Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olublar.
Mənzildə 1941-ci il təvəllüdlü Həşimov Elman Qulam oğlunun meyiti aşkarlanıb.
78 yaşlı kişinin meyiti aidiyyatı üzrə təhvil verilib.