Modern.az

Tramp Merkelin dəvəti ilə Almaniyaya səfər edəcək

Tramp Merkelin dəvəti ilə Almaniyaya səfər edəcək

Aktual

31 Avqust 2019, 08:57

ABŞ prezidenti Donald Tramp Almaniya Federal Respublikasının kansleri Angela Merkelin dəvəti ilə bu ölkəyə səfər edəcək.

 

Modern.az-ın verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

D.Tramp bildirib: "Mən Polşaya daha sonra yollanacağam. Bizim Polşa ilə gözəl münasibətlərimiz var. Biz oraya yollacağıq. Angela Merkel məni Almaniyaya səfər etməyə dəvət edib. Hansısa mərhələdə biz bu səfəri hazırlayacağıq".

 

Qeyd edək ki, D.Tramp Polşaya 1-2 sentyabr tarixlərində yollanmalı idi. ABŞ prezidenti ölkəyə yaxınlaşan qasırğa səbəbindən səfəri təxirə salıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...