Modern.az

Bakı-Moskva təyyarəsi təcili eniş etdi

Bakı-Moskva təyyarəsi təcili eniş etdi

Aktual

31 Avqust 2019, 11:40

Bakı-Moskva aviareysi ilə uçan təyyarə şənbə günü Rusiyanın Volqoqrad şəhərində təcili eniş edib.

"RİA Novosti" xəbər verir ki, buna səbəb kimi həmin təyyarə ilə uçan 60 yaşlı qadının özünü pis hiss etməsi göstərilir.

 

Layner Volqoqrad aeroportuna eniş etikdən sonra qadın sərnişin xəstəxanaya yerləşdirilib. Bakı-Moskva reysini həyata keçirən təyyarə hələ də Volqoqraddadır və uçuşu gözləyir.

Qeyd edək ki, ötən axşam Krasnoyarsk-Simferopol və Qroznı-Vnukovo reysləri üzrə hərəkət edən təyyarələr də Volqoqrad hava limanına məcburi eniş ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı