Modern.az

Zelenskinin adından külli miqdarda rüşvət alanlar tutuldu

Zelenskinin adından külli miqdarda rüşvət alanlar tutuldu

Aktual

31 Avqust 2019, 17:18

Ukrayna Prezidenti Vladimir Zelenskinin komandası adından külli miqdarda rüşvət alan şəxslər həbs edilib.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Boqdan məlumat verib.

Onun sözlərinə görə, Hərbi Prokurorluğun və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları kimisə vəzifəyə təyin etmək adı ilə 570 min dollar tələb edən iki nəfəri həbs edib.

 

Onlar guya bu məbləğ müqabilində aldadılan şəxsi “Ukroboronprome”nin rəhbəri təyin edəcəkdilər.

A.Boqdan bildirib ki, dələduzluqla məşğul olanların sayı dörd nəfər ola bilər.

Hazırda araşdırmalar davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı