Modern.az

Sabah yağış yağacaq - Hava PROQNOZU  

Sabah yağış yağacaq - Hava PROQNOZU  

Aktual

1 Sentyabr 2019, 12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz  23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti  təşkil edəcək. 

 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət 70-80%, gündüz  55-65%  olacaq.  

 

Sentyabrın 2-də Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək. 

 

Sabah Azərbaycanın rayonlarında  bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  14-19° isti,  gündüz  22-27° isti, dağlarda gecə 8-13° isti,  gündüz  15-20°  isti təşkil edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı