Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək “Qarabağ” sabaha kimi bir neçə transfer gerçəkləşdirə bilər.
Modern.az xəbər verir ki, sentyabrın 2-si gecə Avropada transfer pəncərəsi bağlanır. Sentyabrın 3-ü isə Ağdam klubu da daxil olmaqla Avropa Liqasının qrup iştirakçısı olan bütün 48 komandanın iştirak ərizəsi UEFA-ya göndərilməlidir.
Ən uzağı sentyabrın 2-si axşama kimi isə yeni transferlər rəsmən həyata keçirilməli, ilk öncə yerli liqada qeydiyyat keçməli, bundan sonra isə beynəlxalq matçlar üçün UEFA-ya sifariş edilməlidir.
Beləliklə, “Qarabağ”ın bu gün, uzağı isə sabah axşama kimi yeni transferi rəsmən həyata keçirməsi şərtdir.
Hazırda Ağdam klubu bir qapıçı, bir müdafiəçi və bir yarımmüdafiəçi ilə fəal danışıqlar aparır. Ehtimal edilir ki, yaxın 2 gündə “Qarabağ” 3, ən azı 2 yeni transfer həyata keçirəcək. Onlardan birinin “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç olacağı güman edilir.(Qol.az)