Modern.az

Türkiyədə su maşını evin üstünə aşdı - Ölənlər var  

Türkiyədə su maşını evin üstünə aşdı - Ölənlər var  

Aktual

1 Sentyabr 2019, 17:54

Türkiyənin Kayseri şəhərində su daşıyan yük maşını yaşayış evinin üstünə aşıb.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, bir nəfər ağır xəsarət alıb. Əraziyə təcili yardım, yanğınsöndürən maşınları və xilasedicilər cəlb olunub. 



Qəzaya səbəb kimi maşının əyləc sisteminin xarab olması göstərilir. Hadisə zamanı yaşayış evinin böyük hissəsi uçub, dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı