Modern.az

Qaxda yaşlı qadını çaqqal dişləyib

Qaxda yaşlı qadını çaqqal dişləyib

Aktual

1 Sentyabr 2019, 20:41

Qax rayon sakini çaqqal hücumuna məruz qalıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki,  rayonun 1962-ci il təvəllüdlü Əlibəyli kənd sakini Baraxaşvili Liya Solomon qızını bağda fındıq yığarkən çaqqal dişləyib.



Qax Rayon Mərkəzi Xəstəxanasına aparılan 57 yaşlı qadına ilkin tibbi yardım göstərilib və ona quduzluq əleyhinə vaksin vurulub. L.Baraxaşvili ambulator müayinə üçün evə buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!