Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.
Modern.az xəbər verir ki, oyun “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın heyətində 2-ci dəqiqədə Dani Kintana, 29 və 59-cu dəqiqədə İsmayıl İbrahimli, 62-ci dəqiqədə Mahir Emreli fərqlənib.
Bu, Ağdam təmsilçisinin startda ardıcıl 3-cü qələbəsi olub.