Modern.az

Piyada zolağında 23 yaşlı gənc vuruldu

Piyada zolağında 23 yaşlı gənc vuruldu

Aktual

1 Sentyabr 2019, 23:48

Abşeron rayonunun Sulutəpə qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, 21 yaşlı Elsun adlı şəxsin idarə etdiyi "90-RX-085" dövlət qeydiyyat nişanlı avtomobil qəsəbə ərazisində piyada zolağından keçən 23 yaşlı Atayev Elşən İLyas oğlunu vurub.

Hadisə çağırışa gedən "təcili yardım" maşınının qarşısında baş verib. Yaralı həmin "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.

İlkin olaraq xəstəyə ağır bədən xəsarətləri diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı