Modern.az

Həbsxanaya hava hücumu nəticəsində 86 nəfər ölüb

Həbsxanaya hava hücumu nəticəsində 86 nəfər ölüb

Aktual

2 Sentyabr 2019, 00:13

Yəməndə həbsxanaya edilən hava hücumu nəticəsində 86 nəfər həlak olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Yəmənin mərkəzindəki Damar vilayətində  qeydə alınıb.

Məlumatına görə, hücumlar şənbə günü yerli vaxtla təxminən 11.00-da başlayıb, hava hücumlarının sayı 13 olub.

Bildirilir ki, hazırda 86 cəsəd Qızıl Aypara Qrupu tərəfindən çıxarılıb. Ümumi yaralıların sayı 40 nəfərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!