Modern.az

Hadi Rəcəbli: “Deputatların fəaliyyətinə xüsusi yanaşmanız...”

Hadi Rəcəbli: “Deputatların fəaliyyətinə xüsusi yanaşmanız...”

Aktual

2 Sentyabr 2019, 14:10

Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 10 ili tamam olub. 

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Modern.az-ın 10 illik yubileyi ilə bağlı təbriklərini, ürək sözlərini, bildirənlər arasında Milli Məclisin deputatları da var.

Modern.az-ın “10 il ərzində daha nələr edə bilərdik?!” sorğusuna Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli belə cavab verib:

“Bu günlərdə Modern.az-a ünvanlanan bütün təbriklərə mən də qoşuluram. Bu xəbər portalı ölkə mediası sırasında xüsusi çəkisi, özünəməxsus dəsti-xətti, öz siması olan mətbuat orqanıdır.
Mən bu 10 ildə Modern.az-da ancaq doğru xəbərlərin yayımlandığını müşahidə etmişəm. Hadisələrə ədalətli prizmadan yanaşan, təqdimatda keyfiyyətə üstünlük verən Modern.az saytının dəsi-xəttini alqışlayıram.
Sizin oxunaqlı, orijinal yazılarınız bütün oxucu auditoriyanızda rəğbət oyadır.
Parlamentin, deputatların fəaliyyətinə xüsusi yanaşmanız isə istər-istəməz Milli Məclis üzvlərini də oxucularınız sırasına qoşur.
10 il ərzində az iş görməmisiniz. Hesab edin ki, “daha nələr edə bilərdik” sualına cavab verdim.
Sizə eyni tempdə davam etməyi arzulayıram...”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı