Modern.az

“Qarabağ”dan yeni transfer - Rəsmi

“Qarabağ”dan yeni transfer - Rəsmi

Aktual

2 Sentyabr 2019, 18:18

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" növbəti transferini rəsmiləşdirib.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut"un qapısıçı Asmir Beqoviçi heyətinə qatıb.

 

Məlumatı saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib. Bosniya və Herseqovina millisinin qolkiperi "atlılar"da icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı