Modern.az

Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının Təşkilat Komitəsinin tərkibi dəyişdirildi

Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının Təşkilat Komitəsinin tərkibi dəyişdirildi

Aktual

2 Sentyabr 2019, 18:54

Gələn il Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı ilə bağlı yaradılmış Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib. 

 

Modern.az xəbər verir ki, bunun bağlı Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı