Modern.az

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibi müəyyənləşdi - FƏRMAN

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibi müəyyənləşdi - FƏRMAN

Aktual

2 Sentyabr 2019, 19:12

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” sərəncamda dəyişiklik olunub.

 

Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” 2004-cü il 21 aprel tarixli 196 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında fərmanında əks olunub.

 

Fərmana əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi verilib:

 

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

 

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

 

Azərbaycan Respublikasının daxili işlər naziri

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı