Modern.az

Kaliforniyada faciə qurbanlarının sayı artır: 34 itkin 

Kaliforniyada faciə qurbanlarının sayı artır: 34 itkin 

Aktual

2 Sentyabr 2019, 20:17

Kaliforniya sahillərində yanan gəminin ekipajı xilas ola bilib. Gəmidəki 34 sərnişin isə itkin düşmüş sayılır.

Modern.az xəbər verir ki, bu barədə Los-Ancelesin sahil mühafizə xidməti öz "Twitter" səhifəsində məlumat verib.

Məlumatda dörd ekipaj üzvündən söhbət getdiyi, kapitanın hələ də gəmidə olduğu bildirilir.

CNN telekanalının sahil mühafizəsinin nümayəndəsinə istinadla yaydığı xəbərə görə, yanan gəmidə 39 nəfərin olduğu ehtimal edilir. Onların beşi ekipaj üzvüdür. Xilasedicilər hələlik 34 sərnişinin olduğu daxili otaqlara girə bilməyib.

“Onlar itkin düşmüş sayılırlar. Faciənin baş verdiyi rayonda qatı duman var. Biz hələ ümid edirik ki, sərnişinlərdən kimsə sahilədək üzə bilər. Gəmi sahilə çox yaxın yerdə lövbər salıb. Bizə yalnız ümid etmək qalır, amma ən pis ssenariyə də hazır olmalıyıq”, -deyə Santa-Barbara dairəsi yanğın mühafizəsi xidmətinin nümayəndəsi Mayk Eliason telekanala bildirib.

Bir qədər əvvəl KTLA telekanalı Ventura dairəsinin yanğın idarəsinə istinadla hadisə nəticəsində 34 nəfərin həlak olduğu barədə xəbər yaymışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı