Modern.az

Naxçıvanda snayperlər hərəkətə keçdi - VİDEO

Naxçıvanda snayperlər hərəkətə keçdi - VİDEO

Aktual

2 Sentyabr 2019, 20:30

Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə,  toplantıda əsas məqsəd kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub.

“Ən yaxşı snayper” adı uğrunda keçirilən yarışda snayperlərin müxtəlif üsullarla maskalanması və müşahidə aparmaq bacarıqları yoxlanılıb, müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı