Modern.az

Qaz sızmasında 74 məktəbli zəhərlənib

Qaz sızmasında 74 məktəbli zəhərlənib

Aktual

2 Sentyabr 2019, 20:44

Qaz sızması nəticəsində 74 məktəbli zəhərlənib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə Cənubi Koreyanın Tequ şəhərində  qeydə alınıb.


Məlumatına görə, zəhərlənənlər  xəstəxanaya yerləşdirilib.

Qaz sızmasının mənşəyi hələlik bilinmir.

Qeyd olunur ki, məktəbin yeni rəhbərinin andiçməsi mərasimi zamanı kəskin qoxu yayılmağa başlayıb. Əksər şagirdlər başağrısı və ürək bulanmasından şikayət edib.  Mərasimdə 800-dək şagird olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!