Modern.az

QHT Şurasının adından istifadə edənlərə XƏBƏRDARLIQ

QHT Şurasının adından istifadə edənlərə XƏBƏRDARLIQ

Aktual

2 Sentyabr 2019, 23:24

"Yaramazlığın müxtəlif növlərini sınaqdan çıxaranlar indi də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin əməkdaşı adı ilə və Şura tərəfindən göndərildiyini iddia edərək QHT-lərin həyata keçirdikləri layihələrin "monitorinqi"nə cəhd edirlər".

Modern.az xəbər verir ki, bu fikirləri  Şuranın  Mətbuat xidmətinin rəhbəri  Elməddin Behbud bildirib.

"Şuranın maliyyə yardımı ilə layihə icra edən QHT-lərdən xahiş edirik ki, Şura üzvləri və Katibliyinin əməkdaşlarından (bu şəxsləri demək olar ki, bütün QHT rəhbərləri tanıyır) başqa heç kimə monitorinq adı ilə Şura adından işlərinizə müdaxilə etmələrinə imkan verməyin. Özünü sizə Şura Katibliyinin əməkdaşı kimi təqdim edərək layihələrinizi monitorinq edəcəyini bildirən tanımadığınız şəxslərlə bağlı dərhal bizə məlumat verməyiniz xahiş olunur",- deyə E.Behbud bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı