Modern.az

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Aktual

3 Sentyabr 2019, 10:46

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 6 sentyabr tarixində keçiriləcək.

 

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 6 sentyabrda, saat 09:00-da başa çatacaq.

 

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.

 

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı