Modern.az

Deputat Oğuzda tələbə adı qazanan məzunlarla  görüşdü

Deputat Oğuzda tələbə adı qazanan məzunlarla  görüşdü

Aktual

3 Sentyabr 2019, 16:16

 

117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat seçilmiş Aqiyə Naxçıvanlı 3 sentyabr 2019-cu il tarixdə Oğuz Rayon Mədəniyyət Mərkəzində keçirilən 2019-2020-ci tədris ili uçun tələbə adını qazanmış məzunlarla görüşüb.

 

Modern.az xəbər verir ki, deputat son illər Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan geniş söz açdı. 

O, müəllimlərin diaqnostik qiymətləndirilməsini, əmək haqlarının ciddi şəkildə artırılmasını, hər il onlarla yeni modul tipli məktəblərin tikilməsini və inventar avadanlıqlarla təmin olunmasını dövlətin təhsilə yüksək qayğısı nəticəsində olduğunu bildirdi.  Respublika Prezidenti cənab İlham Əliyevin məcburi köçkün, şəhid ailələri, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan, itkin düşən, əlil olan vətəndaşların övladlarının, hər iki valideynini və yaxud bir valideynini itirmiş, I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqından azad olunması barədə sərəncamlarının təhsilimizin inkişafı sahəsində uzaqgörən siyasət olduğunu vurğuladı. Bundan əlavə Təhsil Nazirliyi kollegiyasının “ödənişli əsaslarla oxuyan tələbələrə təhsil haqqını hissə-hissə ödəmək imkanını verməsi” qərarının da hər kəs tərəfindən alqışlandığını bildirdi.

 

Daha sonra deputat Oğuz təhsilində baş verən irəliləyişlərdən danışmış, tələbə adını qazanmış məzunları təbrik etdi. O bu il ali məktəblərə daxil olanların dövlət sifarişli (ödənişsiz təhsil) yerlərə üstünlük verməsini, ixtisas seçimində daha vacib sahələri seçdiklərini vurğuladı, qəbul olanlar arasında qızların sayının üstünlük təşkil etməsini təqdirəlayiq hal olduğunu bildirdi. Aqiyə Naxçıvanlı tələbə adını qazanmış abituriyentlərə tələbəlik həyatının çətinliklərindən danışdı, onlara öz tövsiyələrini, məsləhətlərini verdi, savadlı kadr olmaq üçün əzmlə çalışmaq lazım olduğunu söylədi. 

 

Millət vəkili bu il Oğuzdan ali məktəblərə qəbul olunanlar arasında 3 nəfərin hərb sahəsində olan ixtisasları seçməsini yüksək qiymətləndirərək qeyd etdi ki, 27 ildir mənfur düşmənləimizin işğalçılıq siyasəti nəticəsində müharibə şəraitində olan dövlətimizin hər nöqtəsində vətənpərvərlik ruhunda gənclərimizin yetişməsi sevindirici və qürurvericidir. 

 

Sonda deputat 650-dən artıq bal toplamış bir abituriyentə noutbuk,  600-650 bal toplamış 5 abituriyentin hər birinə “Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə” kitabını və maddi yardım paketlərini hədiyyə etdi. Eyni zamanda Oğuz təhsilinin inkişaf etdirilməsində, yüksək nailiyyətlərin əldə olunmasında əməyinə görə Oğuz rayonu,  Xaçmaz  kənd M.F.Axundov adına 1 nömrəli tam orta  məktəbin coğrafiya müəllimi Samir Cəbrayılovu da noutbukla mükafatlandırdı. 

 

Daha sonra Aqiyə Naxçıvanlı bu ilin məzunları arasından yüksək bal yığaraq hərb sahəsini seçən bir  tələbəni də səhnəyə dəvət etdi və ona tutduğu yolda uğurlar arzuladı, seçiminin digərləri üçün nümunə olduğunu söyləyərək ona da noutbuk hədiyyə etdi. 

 

Tədbirdən sonra xanım deputat qəbul otağına gələrək seçicilərini qəbul etdi. Müraciət edənlər arasında maddi vəziyyəti zəif olan bir tələbəni qəbul edərək ilkin xərclərinin qarşılanması və yerlə təmin olunması üçün maddi köməklik göstərdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı