Modern.az

Azərbaycan-Slovakiya oyununun hakimləri müəyyənləşib  

Azərbaycan-Slovakiya oyununun hakimləri müəyyənləşib  

Aktual

3 Sentyabr 2019, 19:24

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcək oyunun hakimləri açıqlanıb.

 

AFFA-dan Modern.az-a verilən məlumata görə, matç şimali makedoniyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Deyan Yakimovski olacaq. Ona Nikola Karakolev və Kuştrim Lika kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını İqor Stoyçevski yerinə yetirəcək.

 

Azərbaycan-Slovakiya oyunu sentyabrın 6-da saat 20:30-da “Dalğa Arena”da start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı