Modern.az

Gürcüstanda yenidən etirazlar başladı

Gürcüstanda yenidən etirazlar başladı

Aktual

3 Sentyabr 2019, 20:03

Gürcüstanın paytaxtı Tiflisdə, parlament binası önündə etiraz aksiyası başlayıb.

Modern.az xəbər verir ki, iştirakçılar daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edirlər.

Aksiyaya müxalif “Güc birlikdədir” birliyinin üzvləri və tərəfdarları da qatılacaq.

Qeyd edək ki, bu gün hakim Gürcü Arzusu Partiyası hökumət başçısı postuna G.Qaxarianın namizədliyini təqdim edib. Gürcüstan parlamentinin onun rəhbərlik edəcəyi hökumətə sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı