Modern.az

Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya olunacaq

Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya olunacaq

Aktual

3 Sentyabr 2019, 20:46

Rusiyanın Surqut şəhərində axtarışda olan azərbaycanlı saxlanılıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, həbs edilən Zamanov X.T. bir ilə yaxın axtarışda olub. O, oğurluq, dələduzluq, maddi  ziyan vurma və rüşvətə təhriketməkdə ittiham olunur.

Azərbaycan Baş Prokurorluğu həbs olunan azərbaycanlının ekstradisiya edilməsi üçün Rusiya Baş Prokurorluğuna müraciət edib. Müraciətə müsbət cavab verilib.

O, yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!