Modern.az

Hava limanında iki təyyarə toqquşdu

 Hava limanında iki təyyarə toqquşdu

Aktual

3 Sentyabr 2019, 21:44

Moskvanın Şeremetyevo hava limanında iki təyyarə toqquşub.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, təyyarələrin qanadları uçuş-eniş zolağında bir-birinə dəyib.

Hadisə zamanı xəsarət olan olmayıb.

"Royal Flayt" şirkətinə məxsus təyyarə boş olub. “Aeroflot”a məxsus, Pekinə yollanan ikinci təyyarənin sərnişinləri isə tez bir zamanda təxliyə olunub. Onlar üçün ehtiyyat təyyarə hazırlanır.

Toqquşmanın səbəbləri barədə heç bir məlumat verilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı