Modern.az

Qobustanda qardaş bacısını bıçaqladı

Qobustanda qardaş bacısını bıçaqladı

Aktual

3 Sentyabr 2019, 22:13

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı