Modern.az

Fuad Muradov müsabiqə qalibləri ilə görüşdü

Fuad Muradov müsabiqə qalibləri ilə görüşdü

Aktual

4 Sentyabr 2019, 10:32

 

3 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirak ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində görüş keçirilib.

 

Modern.az xəbər verir ki,  Qalib gəncləri təbrik edən və onlara uğurlar arzulayan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. 

Gəncləri təbrik edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə təhsil alan gənclərimizin diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikirlərini diqqətə çatdırıb. Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər, fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı