Modern.az

Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçirilib

Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçirilib

Aktual

4 Sentyabr 2019, 11:41

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilib.

 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər.

 

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı