Modern.az

Ekologiya postunun komandiri işdən çıxarılıb

Ekologiya postunun komandiri işdən çıxarılıb

Aktual

4 Sentyabr 2019, 12:36

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov tutduğu vəzifədən azad olunub.

Modern.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Fuad Mayılov BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

BDYPİ-dən faktı təsdiqləyiblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı