Modern.az

Elmar Məmmədyarov Türk Şurasının Baş katibini qəbul edib

Elmar Məmmədyarov Türk Şurasının Baş katibini qəbul edib

Aktual

4 Sentyabr 2019, 17:30
Bu gün Nazir Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hal-hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib. Nazir Elmar Məmmədyarov ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edərək, cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü bildirib. 

 

Öz tərəfindən Bağdad Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırdı.



Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr apardılar.



Görüşün sonunda Nazir Elmar Məmmədyarov Türk Şurasının Baş katibi Bağdad Amreyevə, habelə onun müavinləri Qismət Gözəlov və Ömer Kocamana “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medallarını təqdim etdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı